Netpulse MMC şirkətlərə şəbəkə, server, təhlükəsizlik və İT idarəetməsi üzrə auditdən tətbiqə, tətbiqdən daimi dəstəyə qədər bütöv həllər təqdim edir.
Monitorinq, ehtiyat nüsxə və təhlükəsizlik — hamısı bir komandanın nəzarətində.
Hər layihəni mövcud vəziyyətin təhlili ilə başlayır, sizə uyğun ölçüdə həll qururuq.
İnfrastrukturun, avadanlığın və proseslərin hərtərəfli yoxlanışı, risklər və təkmilləşdirmə planı ilə hesabat.
Struktur kabel sistemləri, korporativ Wi-Fi, switch və router konfiqurasiyası, VLAN və VPN qurulması.
Firewall, giriş nəzarəti, zəiflik qiymətləndirməsi və əməkdaşlar üçün təhlükəsizlik maarifləndirməsi.
Server qurulması, virtualizasiya, ehtiyat nüsxə və bərpa sistemləri, buluda miqrasiya.
Ofis ATS sistemlərinin layihələndirilməsi, quraşdırılması və mövcud xətlərlə inteqrasiyası.
İT siyasətləri, prosedurlar və ISO/IEC 27001 tələblərinə uyğun sənədləşmənin hazırlanması.
Mövcud infrastrukturu və biznes ehtiyaclarınızı öyrənirik.
Büdcəyə uyğun texniki həll və mərhələli plan təqdim edirik.
Quraşdırma və konfiqurasiyanı işinizi dayandırmadan aparırıq.
Monitorinq, sənədləşmə və davamlı texniki xidmət göstəririk.
Məqsədimiz avadanlıq satmaq yox, işinizin dayanıqlı və təhlükəsiz getməsidir.
Komandamız beynəlxalq standartlar üzrə hazırlıq keçmiş mühəndislərdən ibarətdir.
Brendə yox, sizin tələbinizə və büdcənizə uyğun həlli seçirik.
İşə başlamazdan əvvəl detallı smeta — gözlənilməz xərc yoxdur.
Hər layihə sxemlər, konfiqurasiyalar və təlimatlarla təhvil verilir.